Sumqayıtda küçədə meyit tapılıb. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Şəhərin Ü.Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində Zaur adlı 50-55 yaşlarında kişinin meyiti aşkarlanıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası cəlb olunub.