Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tenderə yekun vurulub. Bu haqda 11 sentyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Müsabiqənin qalibi "Sənaye və Mülki-Tikinti-E-93" MMC şirkəti olub. Şirkət Abşeron-Xızı Regional Təhsil İdarəsini əsaslı təmir edəcək.
Təmir işlərinin satınalınmasına görə MMC-yə 1 milyon 240 min 73 manat ödəniləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayında idarənin təmirə bağlanılması haqda məlumat vermişdik.