Sumqayıtda ehtiyaclı ailələrə sovqat paylanılıb. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Adının hallanmağını istəməyən xeyriyyəçi tərəfindən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ailələrə ərzaq bağlamaları verilib.
Yardım ilə sevindirilən ailələr onları diqqətdə saxlayan xeyriyyəçimizə öz xeyir-dualarını veriblər.