Ağalı kənd məktəbi 30 il sonra ilk məzunlarının uğuruna sevinib. Sumqayıt24 bu haqda 1 sentyabr tarixində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinə istinadən xəbər verir.
Kənd sakini Səid Abdullazadə təhsilini Sumqayıtda davam etdirəcək. O, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Turizm işinin təşkili fakültəsinə daxil olub.