M.Ə. Rəsulzadə adına kitabxana filialında AYB və AJB-nin üzvü, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovla “Oxucu ilə üz-üzə” adlı görüş keçirilib. Sumqayıt24 bu haqda 2 may tarixində xəbər verir.
Tədbirdə 5 nömrəli məktəbin müəllimi Akif Həsənov, şair Xatirə Fərəcli, 14 və 15 nömrəli məktəblərin şagirdləri, Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının “Kitab” klubunun üzvləri və kitabxananın oxucuları iştirak ediblər.
Kitabxananın multimedia üzrə mütəxəssisi Leyla Salmanova jurnalistin maraqlı həyat və zəngin yaradıcılıq yolundan danışıb. Sonra yazıçı-publisist Eyruz Məmmədov "Dostlar klubu”nun məramından danışıb, dahi mütəfəkkirlərin, elm və sənət xadimlərinin kitab, mütaliə haqqında dəyərli fikirlərindən sitatlar gətirib.