top
Aparıcı mədəniyyəti və ailə institutu haqqında bir neçə söz
04 aprel 2025, 01:05
- +

Aparıcı mədəniyyəti və ailə institutu haqqında bir neçə söz

Bir neçə gündür sosial şəbəkələrdə aparıcı Nigar Fərhadın “oğluma heç vaxt atasız qız almaram” tipli saçma fikri geniş şəkildə müzakirə edilir. Aparıcının saçma fikirləri haqlı olaraq minlərlə istifadəçi tərəfindən tənqid edilir. Nigar xalqdan üzr istəsə də, 6 diplomlu, Harvard məzunu olduğunu iddia edən bir nəfərin dilindən belə bir cümlənin işlədilməsi bağışlanmır ki, bağışlanmır.

Baş verən hadisələr isə bir neçə məqamı ortaya çıxardı. Birincisi, bu gün televiziyalarda bir çox aparıcının intellekt səviyyəsinin, danışıq qabiliyyətinin acınacaqlı durumda olduğu göz önündədir və son baş verən hadisə bunu bir daha sübuta yetirdi. Kimi gəldi efirə aparıcı adı ilə çıxaranda bu tip halların baş verməsi təbii ki, qaçınılmaz olacaq. Elə bu tip aparıcı seçimləri ucbatından bu gün yerli tamaşaçı televiziyalarımızdan uzaq düşüb. Elə bu tip aparıcı seçimləri ucbatından bu gün efirdən dilimizin saflığını məhv edən, geydirmə türk seriallarından öyrənilən sözləri gözümüzə və qulağımıza soxan, dilimizi bu tip kəlmələrə alışdıran, mədəniyyətin “m” hərfindən uzaq olan şəxslər veriliş aparır, başbilənlik edir. Bir-iki il də aparıcı olub xalq arasında tanındıqdan sonra özlərini hərşeyşünas sayıb istənilən məsələdə yekə-yekə fikir bildirən, məntiqdən uzaq fikirlərini Quran ayəsi kimi camaata sırıyan aparıcılar da bu seçimlərin nəticəsidir. Əslində nə baş verir? Baş verən odur ki, köhnə dəyərlər, seçim qaydaları, təlimlər unudulub, savad və diksiya meyarları bir kənara buraxılıb. Dost-tanış vasitəsilə televiziyalara ayaq açan bəzi şəxslər sonradan aparıcı kimi qarşımıza çıxır. “TikTok” və “Instagram”da düşük videoları “gündəm” olan şəxslər bir anda aparıcı kimi qarşımıza çıxır. Bu da nəticəsi. Bir ara verilişlərə qonaq kimi çıxan, ekspertlik edən, məhəllə arvadlarının davasını ekranda yaşadan, “mənim 6 diplomum var” deyən insanı efirə aparıcı kimi dəvət edəndə onun bu tip açıqlama verəcəyi də gözlənilən idi. Mənim əsla Nigar Fərhada qarşı bir antipatiyam, etirazım yoxdur. Mənim etirazım onun timsalında olan insanları aparıcı kimi efirə çıxaranlaradır. Yadımdadır, bu gün bağlanan kanalların birində çalışırdım və aparıcıların hansı seçimlərdən keçdiyini, hansı çətinliklərlə üzləşdiyini görmüşdüm. Seçim mərhələsindən sonra isə AZTV-dən dəvət edilən Şərqiyyə Hüseynova, Sabir Ələsgərov kimi nəhənglərin 6 aylıq kursuna cəlb edilirdilər. Bu, ən doğru variant idi. Amma bu gün nə baş verir? Savadı, diksiyası olmayan, elementar etika qaydalarına sahib olmayan şəxslər efirlərə ayaq açıb. Məncə bu son hadisədən sonra bütün telekanallar aparıcı seçimində diqqətli olmalı, təsadüfi şəxsləri işə cəlb etməməlidirlər. Bununla yanaşı, bu gün yerli televiziya kanallarında çalışan çox peşəkar, diksiyası, mədəniyyəti, danışıq tərzi yerində olan kifayət qədər savadlı aparıcılarımız da var. Onları qeyd etməmək, unutmaq haqsızlıq olardı.

O ki qaldı aparıcının səsləndirdiyi sərsəm fikrə, məncə sosial şəbəkə istifadəçiləri lazımi cavabı veriblər. Bu gün boşanmaların sürətlə artdığı bir dövrdə belə bir fikir səsləndirmək məntiqdən uzaqdır. Elə fikrin özü də məntiqdən uzaqdır. Mən sizə minlərlə atasız böyüyən qız göstərə bilərəm ki, minlərlə atalı böyüyən qızdan daha uğurlu həyat tərzi sürür, ayaqlarını yerə sağlam basır. Mən sizə minlərlə boşanmış ailə göstərə bilərəm ki, atanın daim nəzarəti övladlarının, xüsusən də qızlarının üstündədir və bu qızlar heç bir halda atasızlıq yaşamır. Minlərlə boşanmış ailə göstərə bilərəm ki, ata bütün gücünü, enerjisini, vaxtını, maddi imkanlarını övladlarının inkişafına, təhsilinə yönləndirib. Boşanma bir-biri ilə yola gedə bilməyən, bir-birini anlamayan, bir-birinə artıq uyuşmayan iki insanın nikahının pozulmasıdır. Boşanma kiminsə atasız, kiminsə anasız qalması demək deyil. Millətimin ailə bağı, ailəyə bağlılığı, ailə institutu çox şükür ki, hələ sağlamdır və valideynlərin böyük əksəriyyəti övladını yetişdirmək, cəmiyyətə uyğun şəxs bəxş etmək üçün var gücünü ortaya qoyur. Əgər kiminsə uşaqlıqdan atasız böyüməklə bağlı travması varsa, bunu ümumiləşdirib şəxsi fikrini cəmiyyətə sırımamalıdır. Hələ bu insan tanınmış ictimai şəxs, aparıcıdırsa, seçdiyi hər sözdə, hər kəlimədə ehtiyatlı, diqqətli olmalıdır. Əks halda Nigar Fərhadın aqibəti ilə üzləşə bilər.

Son xəbərlər

Cəmiyyət
Dünən, 18:12

Sumqayıtda övladını itirən ata digər uşaqlarını qarşılamağa belə getdi

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıta sabah yağış yağacaq

Cəmiyyət
Dünən, 16:57

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda "yarımçıq papaqçılıq" - ŞİKAYƏT

Cəmiyyət
Dünən, 15:30

Sumqayıtda yağışın fəsadları nə vaxt tam aradan qaldırılacaq?

Cəmiyyət
Dünən, 14:58

Sumqayıtda pensiyalar ödənildi

Cəmiyyət
Dünən, 14:10

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan xəbər var

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtlı Röyanın Londona uzanan uğur hekayəsi - MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 12:23

Sumqayıtda dəhşətli cinayət törədən şəxsin arzusu reallaşmadı

Bütün xəbərlər
Dünən, 11:17

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda saatlarla avtobus gözləyən sərnişinlər - Səbəb nədir?

Cəmiyyət
Dünən, 09:15

Sumqayıtda "zebra"lar "təhlükə zonasına" çevrilib

Bütün xəbərlər
13 aprel 2026, 20:00

Sumqayıt gənclərini ekran qarşısına toplayan "Mikrorayon"un hekayəsi - MÜSAHİBƏ

Cəmiyyət
13 aprel 2026, 19:30

Sumqayıtda bu qədər veteran TƏQAÜD alır

Cəmiyyət
13 aprel 2026, 18:56

Sumqayıtlı qız beynəlxalq turnirin BİRİNCİSİ OLDU

Bütün xəbərlər
13 aprel 2026, 18:11

Qurban Yetirmişli: "Xəzərdə afterşoklar davam edəcək"

Bütün xəbərlər
13 aprel 2026, 17:30

2 uşaq anası "TikTok"dakı sevgilisinə görə Sumqayıtdan Qubaya qaçdı, bıçaqlandı

Cəmiyyət
13 aprel 2026, 16:54

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
13 aprel 2026, 16:12

Saşa İliç "Sumqayıt"da 25 min manat maaş alır?

Bütün xəbərlər
13 aprel 2026, 15:56

Külli miqdarda vəsaiti mənimsəməkədə təqsirləndirilən sabiq baş mühasibin işi Sumqayıt məhkəməsində

Cəmiyyət
13 aprel 2026, 15:32

Sumqayıtda pensiyalar sabah ödəniləcək

İdman
13 aprel 2026, 14:50

"Turan Tovuz" - "Sumqayıt" matçına böyük maraq olub

Cəmiyyət
13 aprel 2026, 14:22

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi

Bütün xəbərlər
13 aprel 2026, 14:10

Sumqayıtda "gecə əməliyyatı" - Səkini zəbt etdilər

Oxşar xəbərlər