Sumqayıtda “Nur üzlü cənnət mələyi” adlı xatirə gecəsi keçirilib. Bu haqda 17 oktyabr tarixində Sumqayıt24 məlumat verir.
Tədbir Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunub. Burada Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, şəhidin anası Ceyran Həsənova və mədəniyyət işçiləri iştirak ediblər.
Yığıncaq Dövlət Himni ilə açıq elan edilərək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda “Missiya” tamaşasından bir səhnə canlandırılıb. Şəhid anası tədbir iştirakçıları ilə oğlu haqqında xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Toplantı N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.