Sumqayıtda kişi küçədə ölüb. Sumqayıt24 bu haqda 18 avqust tarixində xəbər verir.
Hadisə 17 avqust axşam saatlarında baş verib. Sakinlər “Araz” supermarketinin önündə huşsuz vəziyyətdə uzanan orta yaşlı kişini görüblər. Əraziyə dəvət edilən Təcili Tibbi Yardım briqadası onun öldüyünü müəyyən edib.
Vətəndaşın hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb. [modula id="40865"]