ASAN könüllülərinin 10 illiyinə həsr olunmuş stolüstü tennis yarışı keçirilib. Bu barədə 13 avqust tarixində ASAN Könüllüləri səhifəsinə istinadən məlumat veririk.
Yarış 1 saylı Sumqayıt regional və 7 saylı Bakı "ASAN xidmət" mərkəzləri arasında baş tutub. Turnir Stolüstü Tennis Federasiyasının dəstəyi ilə təşkil olunub.