Sumqayıtda ümumi könüllülük fəaliyyətinin müzakirə olunması məqsədilə görüş keçirilib. Bu haqda 8 avqust tarixində Sumqayıt24 məlumat verir.
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktoru Kəmalə Rəhimova ilə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov arasında görüş baş tutub.
Görüş zamanı könüllü gənclərlə qarşılıqlı şəkildə həyata keçiriləcək layihələr, tədbirlər və təlimlər haqqında fikir mübadiləsi aparılıb.