1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində maarifləndirici aksiya keçirilib. Sumqayıt24 bu barədə 6 dekabr tarixində “ASAN Könüllüləri” səhifəsinə istinadən xəbər verir.
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar olaraq mərkəzdə əvvəlcə vətəndaşlar, əməkdaşlar və könüllülər arasında aksiya baş tutub, daha sonra QİÇS müayinəsi təşkil olunub. Ümumilikdə 35 nəfər müayinədən keçib.