Bu gün Vətən müharibəsi şəhidi Kərim Əhmədəliyevin anım günüdür.
Kərim Rövşən oğlu Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilinə 5 saylı tam orta məktəbdə yiyələnib. Daha sonra təhsilini Azərbaycan Texnologiya Universitetində davam etdirib.
Məzun 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şücaət göstərib. Oktyabrın 4-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.