Sumqayıtın 3-cü məhəlləsində yerləşən dayanacaq baxımsız vəziyyətdədir. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Söhbət şəhər İcra Hakimiyyətinin yanında yerləşən dayanacaqdan gedir. Burada oturaq yerlər paslanıb və əyilərək yararsız olub. Həmçinin oturacağın asfalt səthin üzərindən sadəcə 20-30 sm hündürlükdə yerləşir.
“Burada nəinki yaşlılar, hec cavanlar da rahat əyləşə bilmirlər. Kimsə məcburən əyləşsə də, durmaq müşkül məsələyə çevrilir. Oturacaq xərəyi xatırladır”, - deyə şikayətçilər bildiriblər.
[modula id="45029"]