"Sumqayıt Nəqliyyat -1” MMC-dən avtobus kartları barədə məlumat verilib. Sumqayıt24 bu barədə 1 oktyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyat 11 aydır ki, nağd ödənişə qaytarılıb. Səbəb isə 206 avtobus üçün alınan 210 validatorun nasaz çıxması olub. Nəticədə minlərlə vətəndaşın cibinə ziyan dəyib.
Aidiyyəti qurumdan bildirilib ki, ödənişlər həyata keçirilib və avadanlıqlar sifariş verilib: "Marşrut sayı çox olduğu üçün sifarişlərin ölkəyə gətirilməsi və quraşdırılması vaxt aparan prosesdir. Yaxın vaxtlarda kart sisteminin bərpa olunması nəzərdə tutulub”.