Sumqayıtda avtobus sürücüsü işinə laqeyd yanaşır. Sumqayıt24 bu haqda 6 sentyabr tarixində xəbər verir.
İzləyicimiz redaksiyamıza bununla bağlı görüntülər göndərib. Videoda 7 nömrəli avtobusun sürücüsü əks olunub. O, sərnişinlərlə dolu avtobusu bir əlində dönər, digərində isə telefon tutaraq idarə edib. Bununla da sürücü sərnişinlərin təhlükəsizliyini heçə sayıb.