Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən qəza olub. Sumqayıt24 bu haqda 14 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə bu gün gecə saatlarında baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil 50-55 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.