Sumqayıtda itkin düşən kişi tapılıb. Sumqayıt24 bu haqda 29 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
73 yaşlı Sumqayıt şəhər sakini Eynulla Şirinov ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşadığı evdən çıxaraq itkin düşmüşdü. Məlumata əsasən, kişi gecə saatlarında tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, E. Şirinov yaddaş zəifliyindən əziyyət çəkir.