Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin yazıçı Eluca Atalı ilə görüşü keçirilib. Bu barədə 2 sentyabr tarixində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə istinadən xəbər veririk.
Heydər Əliyev Mərkəzində təşkil olunan onlayn görüşdə çıxış edən Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova tədbir iştirakçılarını və qonaqları salamlayıb. O, tədbirin məqsədi və mövzusu haqqında iştirakçılara məlumat verib. Tədbirdə yazarın "Ənqa quşu" əsəri müzakirə olunaraq yazıçı Eluca Atalı yaradıcılığı, gələcək planları haqqında müxtəlif suallar verilib. Tələbələrin ifasında yazarın "Nal şəkilli mühasirə " pyesindən bir hissə nümayiş olunub. Sonda Heydər Əliyev Mərkəzinin direktoru çıxış edərək iştirakçılara və yazara öz təşəkkürünü bildirib.
Eluca Atalı (Hüseynova Mədinə İxtiyar qızı) 30 kitabın müəllifidir. Ədəbiyyata yeni fəlsəfi bədii miniatür janrını gətirib. Əsərləri müxtəlif ölkələrdə və müxtəlif dillərdə nəşr olunub. AYB-nin üzvüdür. İsveçdə yaşayır.