Bakı-Sumqayıt sürət qatarının hərəkət cədvəlinin müvəqqəti dəyişməsi sərnişin sıxlığına səbəb olub. Sumqayıt24 bu barədə 5 sentyabr tarixində Oxu.az-a istinadən məlumat verir.
08:30-da Bakı stansiyasına çatmalı olan qatar 16 dəqiqə gecikib.
Xatırladaq ki, Biləcəri-Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar, sentyabrın 8-i saat 19:00-dək bəzi reyslərin vaxtının yeni qrafiklə tənzimlənməsi haqda məlumat vermişdik.