Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 13 iyul tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Hadisə magistral yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Kia” markalı avtomobil idarəetməni itirərək beton arakəsmələrə çarpılıb. Avtomobil işıqlandırma dirəyini aşıraraq qarşı yola çıxıb.