Bakı-Sumqayıt yolunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 14 oktyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı minik avtomobillərindən biri zərbənin təsirindən yolun kənarına aşıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.