Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. “Honda” markalı maşının sürücüsü əvvəlcə ən sol zolaqdan sağa keçid edir. Qarşıda hərəkətdə olan “Mercedes” və “Toyota” markalı avtomobillərin arasından keçərək yenidən sağa manevr etmək istəyən zaman əl əyləcindən istifadə edir. Bu zaman idarəetməni itirərək sol zolaqdakı “Toyota” markalı maşını vurur.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.