Bakı-Sumqayıt yolunda sərnişinlərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu haqda 19 iyul tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə magistral yolun “Gənclər şəhərciyi”ndən keçən hissəsində baş verib. Sərnişin daşıyan mikroavtobusla yük maşını toqquşub.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən ağır xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.