Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə vəsait ayrılıb. Sumqayıt24 bu haqda 26 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı yol Bakının şimalında nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.
Mütəxəssislər bildirirlər ki, yeni çəkilmiş yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək. Bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.
Beləliklə, 2024-cü ildə qeyd edilən yolun istifadəyə verilməsi planlaşdırılır. Bununla Bakı-Sumqayıt yolunda vəziyyət nisbətən yaxşılmalıdır.
Qeyd edək ki, işlər üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 4 milyon 700 min manat ayrılıb. Avtomobil yolunun tikintisinin başa çatdırılması üçün 2024-cü il dövlət büdcəsindən də əlavə vəsait ayrılacaq.