Bakı-Sumqayıt magistral yolunda uzun tıxac əmələ gəlib. Bu haqda 18 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sıxlıq magistral yolun Masazır istiqamətindən başlayaraq “20 Yanvar” metro stansiyasının yaxınlığına qədər müşahidə olunur.
Yağışlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətini daha da çətinləşdirir.