Sumqayıtda film saatı təşkil olunub. Bu haqda 7 avqust tarixində Sumqayıt24 məlumat verir.
Bələdiyyə parkında keçirilən yığıncaq Sumqayıt Gənclər klubu, 1 saylı regional "ASAN xidmət" mərkəzi və Gənclərin inkişaf və karyera mərkəzinin Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Gənclər “Yol əhvalatı” filmini maraqla izləyiblər.
Həmçinin burada bir sıra əyləncəli oyunlar təşkil olunub.