Sumqayıtda Bələdiyyə parkı zülmət içindədir. Sumqayıt24 bu haqda 13 iyul tarixində xəbər verir.
Sumqayıt Dövlət Dram Teatrının arxasında yerləşən istirahət mərkəzi gecələr işıqlandırılmır. Bundan əlavə, əraziyə avtomobillərin girişini məhdudlaşdıran zəncir asılıb. Qaranlıq səbəbindən bir neçə sakin onu görməyib və yıxılaraq xəsarətlar alıb.