Sumqayıtda azyaşlının barmağında dəmir halqa sıxılmış vəziyyətdə qalıb. Bu haqda 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Çağırış üzrə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.