AQTA Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçirib. Bu haqda 4 oktyabr tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Yoxlama zamanı Corat qəsəbəsində yerləşən "Bərzan" marketində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar tapılıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.