Sumqayıtda 2 nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda 7 avqust tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
Hadisə qeyri-çimərlik ərazisində baş verib. Hər iki şəxs Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. 22 yaşlı Qəfər Pirverdiyev artıq evə buraxılıb.
33 yaşlı Günay Hüseynova xəstəxanadadır, vəziyyəti kafidir.