Sumqayıt şəhərinin bir sıra mərkəzi məhəllələri işıqlandırılmır. Bu barədə Sumqayıt24-ə 29 avqust tarixində məlumat daxil olub.
Söhbət 2-ci məhəllədə yerləşən 7/16 nömrəli binanın həyətindən gedir.
“Həyət axşam saatlarında qaranlıq içindədir, mərkəz olmasına baxmayaraq, bura nəzarət edilmir. İşıq dirəkləri var, amma yanmır”, - deyə sakinlər bildiriblər.
Həmçinin 45-ci məhəllədə “14 mərtəbə” və “əyri” kimi tanınan binaların arasındakı həyətdə oxşar hal müşahidə olunur.