Sumqayıtda vətəndaşın barmağında dəmir halqa sıxılıb qalıb. Sumqayıt24 bu haqda 25 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Ünvana FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Həkim briqadasının iştirakı ilə halqa çıxarılıb.