Heydər Əliyev prospektində qəza baş verib. Sumqayıt24 bu haqda 6 noyabr tarixində xəbər verir.
Hadisə 40-cı məhəllədə olub. Yüksək sürətlə gələn “BMW” markalı avtomobil hərəkətsiz dayanan “Nissan”a çarpılıb, sonuncu isə səkiyə çıxıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəza iştirakçıları yüngül xəsarətlərlə ötüşüblər.
Şahidlərin sözlərinə görə, işıqforun qırmızı işığında keçən Təcili Yardım maşını “BMW”nin sürücüsünü çaşdırıb. Nəticədə o, qəza törədib.