Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci ildə keçirilən sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.
18 oktyabr tarixi 1990-cı illərdən etibarən Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib. 15 oktyabr 2021-ci ildə imzalanan Qanuna əsasən, həmin tarix Azərbaycanda Müstəqilliyin Bərpası Günü elan edilib.