Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür.
Sirac Abış oğlu Abışov avqustun 29-u 1989-cu ildə Qubadlı şəhərində anadan olub. Abışov Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb. O, 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Sirac 4 iyun tarixində Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən partlayış zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sirac ailəli idi, Özgür adında bir övladı var.