Bu gün Vətən müharibəsi şəhidi Nicat Nəbiyevin mövlududur.
Nıcat Ramil oğlu Nəbiyev 16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Vətən müharibəsi zamanı bir çox bölgədə cəsarətlə vuruşub və 1 oktyabr tarixində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz ölümündən sonra İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.