top
“Bu işdə mənimlə Mehman arasında söhbətlər var. Məsələ ikimizə aiddir”
07 sentyabr 2023, 23:17
- ↺ +

“Bu işdə mənimlə Mehman arasında söhbətlər var. Məsələ ikimizə aiddir”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançı Mehman Xəlilovun məhkəmə prosesi davam etdirilib. Sumqayıt24 bu haqda 8 sentyabr tarixində Lent.az-a istinadən xəbər verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Uşağın yaxınları bildiriblər ki, keçən dəfə telekanallardan birinin prosesi çəkib yayması mərhumun anası barədə mənfi rəy yaradıb. Buna görə onlar məhkəmənin açıq keçirilməsini istəməyiblər.

Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlının sözlərinə görə, onlar məhkəmənin açıq keçirilməsinə və çəkiliş aparılmasına etiraz etmirlər:

“Əgər proses çəkilirsə, axıra qədər çəkilsin. Müvəkkilimə qarşı çox ağır ittihamlar irəli sürülüb. Bir sıra həqiqətlərin üzə çıxması üçün çəkiliş istəyirik. Əgər məhkəmənin hansısa hissəsi çəkiləcəksə, istəmirik. Çəkiliş aparılırsa, bütün proseslər ictimailəşdirilsin. Çünki hadisə ilə bağlı yayılmış qısa video ictimaiyyətin qəzəbinə səbəb olub. Bu da sonda təqsirləndirilən şəxsə çox ağır ittihamların verilməsi ilə nəticələndi. Amma işin içində ictimaiyyətə məlum olmayan faktlar var. Elə faktlar var ki, onları ictimaiyyət bilmir. O faktlar açıqlanarsa, məhkəmə prosesi təqsirləndirilən şəxsin xeyrinə həll oluna bilər. Ona görə də bütün proseslərin çəkilməsini istəyirik”.

Qətlə yetirilənin anası Aynurə Məlikova isə prosesin qapalı keçirilməsini istəyib:

“Bu işdə mənimlə Mehman Xəlilov arasında söhbətlər var. Bu məsələ bizim ikimizə aiddir. Ona görə də istəyirik ki, proses qapalı keçirilsin”.

Məhkəmədə yerində müşavirə keçirilib və prosesin qapalı keçirilməsi barədə qərar verilib. Məhkəmə heyəti hesab edib ki, cinayət işində Aynurə Məlikova ilə Mehman Xəlilov arasında yazışmalar olub. Bu prosesdə şəxsi və ailə məsələləri var.

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 21-də baş tutacaq.

İttihama görə, hadisə 29 aprel tarixində baş verib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Uşaq Xəstəxanasında dünyasını dəyişib. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun məktəblərin birində sambo məşqi zamanı Fərid Bakarova xəsarətlər yetirməsi, sonuncunun isə həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

M. Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər