Sumqayıtda üç yataqxana söküləcək. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Söhbət 29-cu məhəllədəki 1 nömrəli, Kimyaçılar yaşayış massivindəki 3 və 2-ci mikrorayonda yerləşən 13 nömrəli yataqxanalardan gedir.
Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 Eldar şamı ağacı əkiləcək.