Sumqayıt bulvarında mütəmadi olaraq təmizlik işləri görülür. Sumqayıt24 bu barədə 29 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
“Bulvar” MMC-nin şöbə müdiri Vasif İsmayılovun dediyinə görə, burada, xüsusən də yay aylarında tez-tez otlar biçilir. Artıq 6 ildir ki sakinlərin istismarına verilən bu istirahət guşəsində avtomatlaşdırılmış suvarma sistemi qurulub. Yaşıllığı çoxaltmaq məqsədilə ərazidə yeni ağaclar əkilib.
Burada böyüklərin istirahət etməsi üçün oturacaqlar, uşaqların əylənməsi üçün isə müxtəlif attraksionlar qoyulub. Qeyd edək ki, bulvarda həmçinin idman alətləri də mövcuddur.