Saray qəsəbəsi 2 nömrəli məktəbin şagirdi Nuray arzusuna çatıb. Sumqayıt24 bu haqda 6 noyabr tarixində Təhsil TV-yə istinadən xəbər verir.
Qızcığaz Vətən müharibəsi zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində ürək sözlərini yazaraq cəbhəyə yollamışdı. O, məktubu götürən döyüşçüdən kiçik bir xahiş etmişdi: "Döyüşdən salamat qayıdıb, məktubumu mənə geri gətirərsiniz”.
Nəhayət, 3 il Nurayın məktubunu qoruyub saxlayan veteran Eldəniz Niftiyev onun arzusunu yerinə yetirib. Niftiyev şagirdi oxuduğu məktəbdə ziyarət edib.
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2023/11/399086651_873641143979639_5930998420115447453_n.mp4"][/video]