top
Cərəyandan ağır xəsarətlər alan yeniyetmənin ailəsi danışıb
24 oktyabr 2023, 07:56
- ↺ +

Cərəyandan ağır xəsarətlər alan yeniyetmənin ailəsi danışıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elektrik cərəyanının vurduğu 13 yaşlı Aslan Əliyevin bibisi açıqlama verib. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində Bizim.media-ya istinadən xəbər verir.

Xəbər verdiyimiz kimi, xəsarət alan yeniyetmə öncə Sumqayıt Təcili Yardıma, oradan isə Bakıya – 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb.

Heç birində müalicə olunma və həyatda qalma şansı verilməyib. Bir qolu (naqilə toxunan əli) çiynindən amputasiya olunub. Bir neçə özəl xəstəxanaya müraciət ünvanlanıb, yalnız “Baku Medical Plaza” qəbul edib.

Məlumatlara görə, Aslan Əliyevi cərəyan yaşadığı ünvanda vurub. Guya o, əlindəki armaturla elektrik naqilinə toxunub. Digər iddialara görə isə hadisə elektrik naqili uşağın əli yetə biləcəyi hündürlükdə olduğu üçün yaşanıb.

Sosial şəbəkələrdə bu məsələyə görə “Azərişıq” ASC-ni ittiham edənlər də az deyil.

Yeniyetmənin bibisi Qərənfil Əliyeva hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, başqa əraziyə düşən topu götürmək üçün hasara çıxan Aslanı elektrik cərəyanı boynundan vurub. Hadisəyə isə hasarla elektik naqili arasındakı məsafənin çox yaxın olması səbəb olub:

“Aslan qardaşım oğludur. Corat qəsəbəsində yerləşən evlərindən bir qədər kənarda uşaqlarla top oynayırmışlar... Top yol qırağından kənardakı hasarın o biri tərəfinə düşüb. Aslan topu götürmək üçün hasara çıxıb və o biri tərəfə keçmək istəyib.

Əyilib naqilin altından keçmək istəyəndə elektrik cərəyanı vurub. Boynundan “tok” vurandan sonra uşaq əlini uzadıb və elektrik cərəyanı qolunu da tamamilə sıradan çıxarıb. Hasar 10 min voltluq, alüminiumdan ibarət xəttə çox yaxın məsafədə olub. Hətta elə yaxın olub ki, uşaq heç ayaq üstündə belə durmayıb”.

Qərənfil Əliyevanın sözlərinə əsasən, hasarın kim tərəfindən tikildiyi bəlli deyil:

“Yol qırağında olan bir hasardır və yaşayış yoxdur. Kim tikib, onu da bilmirik. Öyrənmək lazımdır ki, hasara alınan bu ərazi kimindir? Yüksək gərginlikdə elektrik cərəyanı xətti istənilən halda hündür məsafədən çəkilməli idi. Yaxud da hasar olmamalı idi. Bu məsələ bizə də qaranlıqdır. Bizə məlumat verildi ki, Baş prokurorluq tərəfindən məsələ araşdırılacaq və ekspertiza təyin olunacaq”.

Əliyeva əlavə edib ki, cərəyan uşağın boynundan vurduğu üçün digər orqanlarını da zədələyib:

“Boynundan başlayaraq dabanına qədər digər orqanlarını – ürəyi, böyrəyi də zədələyib. Üç gündür ki, canı ilə çırpınır. Artıq uşağın bir qolunu dibindən amputasiya ediblər. Həkimlər ümidli danışmırlar. Gözləyirik. Hamımız pərişanıq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər