Sumqayıt şəhəri, Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 5 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Hadisə ötən gün axşam radələrində “Cavid mall” ticarət mərkəzinin qarşısında qeydə alınıb. “Toyota Land Cruiser Prado” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub.
Şahidlərin sözlərinə görə, “Prado” avtomobilində olanlardan biri “Mercedes”in sürücüsünü döyüb və bıçaqla hədələyib. Günah “Prado”nun sürücüsündə olub.