Qəbul imtahanında ən yüksək bal toplayan Cavid Nəzərov məzun gününə qatılıb. Sumqayıt24 bu haqda 13 iyul tarixində xəbər verir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə ölkə birincisi olan Cavid, onun anası və məzunu olduğu Təbiət Elmləri Təməyüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Nizami Əhmədov tədbirin qonağı olublar.