Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza qeydə alınıb. Bu haqda 7 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Çerkassı küçəsində baş verib. "Nissan" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Gülmirzə Mikayılov və həyat yoldaşı Təranə Mikayılova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.