Sumqayıt şəhəri, Çerkassı küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 30 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
"VAZ-21015" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə elektrik dirəyini, daha sonra yol nişanını aşırıb. Eləcə də avtomobil əks yolla hərəkət edən "Hyundai" və yolun kənarında park edilmiş "Nissan" markalı nəqliyyat vasitələrinə çarpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.