Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ukraynanın Çerkassı şəhərinin nümayəndələrini qəbul edib. Sumqayıt24 bu haqda 4 oktyabr tarixində xəbər verir.
Bildirilib ki, Sumqayıt və Çerkassı arasında dostluq münasibətləri 1972-ci ildə qurulub. Dostluq ənənələri şəhərlərin mədəniyyət, elm, incəsənət və sənaye sahələri üzrə davam etdirilir. 1978-ci ildən Çerkassıdakı ən böyük küçələrdən birinə “Sumqayıt” adı verilib. Burada ticarət obyektləri və dövlət idarələri yerləşir.
Qarşılıqlı səfərlər əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Sumqayıtın nümayəndə heyəti Çerkassıda üç dəfə səfərdə olub. Bunladan ikisi şəhərin ildönümü tədbirinə təsadüf edib.
Zakir Fərəcov xatırladıb ki, Sumqayıtda ən böyük və ən uzun küçələrdən biri “Çerkassı” adını daşıyır.