Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi mükafatlandırılıb. Sumqayıt24 bu haqda 13 iyul tarixində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Təhsil ocağının Fortepiano şöbəsinin 5-ci sinfində oxuyan Aysu Xudiyeva ABŞ və Qazaxıstanda keçirilən onlayn “AMERİCAN SUMMER FESTİVAL" adlı I Beynəlxalq vokal-instrumental müsabiqədə iştirak edib. O, I dərəcəli Laureat adına layiq görülüb.
Şagirdi müsabiqəyə hazırlayan Ellada İsmayılova minnətdarlıq məktubu ilə təltif edilib.