Ceyranbatan qəsəbəsində qəzalı dirək var. Sumqayıt24 bu haqda 10 oktyabr tarixində xəbər verir.
Həmin işıq dirəyi Bakı-Sumqayıt yolunun qəsəbə ərazisindən keçən hissəsində yerləşir. İnsanlar onun vəziyyətindən, külək əsən zaman yellənməsindən narahatdırlar. Onlar bildirirlər ki, dirəyin bərkidici boltları boşalıb və o, hər an aşa bilər.