Ceyranbatan qəsəbəsindəki “BTZ” bağlarında antisanitariya hökm sürür. Sumqayıt24 bu haqda 25 sentyabr tarixində xəbər verir.
Şikayətdə deyilir ki, 8-ci məhəllə adlanan ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bütün çirkab yollara axıdılır və ətrafı üfunət bürüyür.
Həmçinin məhəllədə zibil qutuları çatışmır. İnsanlar tullantıları əraziyə atmalı olurlar.