Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Sumqayıt24 bu barədə 8 sentyabr tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 9-da şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt və Novxanı çimərliklərində 22-23 dərəcə isti təşkil edəcək.